Azərbaycanın xəmir mayası istehsalçısı törəmə müəssisəsini yaradacaq

Azərbaycanın xəmir mayası istehsalçısı törəmə müəssisəsini yaradacaq Fevralın 25-də, saat 10:30-da “Azər-Maya” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Biznes
9 Yanvar , 2021 12:45
Azərbaycanın xəmir mayası istehsalçısı törəmə müəssisəsini yaradacaq

Fevralın 25-i saat 10:30-da “Azər-Maya” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Azər-Maya”nın törəmə müəssisəsinin yaradılması və bununla əlaqədar digər məsələlər daxildir.

Xatırladaq ki, "Azər-Maya" 1973-cü ildən fəaliyyət göstərən keçmiş Bakı Bulka-Maya Zavodunun bazasında 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 444 340 manatdır. Şirkət ölkənin preslənmiş xəmir mayasına olan tələbatını ödəyir.

Son xəbərlər

Orphus sistemi