Azərbaycanla İran arasında müştərək müəssisələrin yaradılması təklif edilir

Azərbaycanla İran arasında müştərək müəssisələrin yaradılması təklif edilir Azərbaycanla İran arasında birgə müəssisələrin yaradılması imkanları təşviq ediləcək.
Biznes
12 Mart , 2022 13:50
Azərbaycanla İran arasında müştərək müəssisələrin yaradılması təklif edilir

Azərbaycanla İran arasında birgə müəssisələrin yaradılması imkanları təşviq ediləcək.

“Report” xəbər verir ki, bu barədə martın 11-də Bakıda keçirilmiş Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası çərçivəsində imzalanmış Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatı (ISIPO) arasında əməkdaşlığa dair Anlaşma Memorandumunda nəzərdə tutulur.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ilə İran İslam Respublikasının yollar və şəhərsalma nazirinin müavini Xeyrulla Xadəmi imzalayıblar.

Memoranduma əsasən tərəflər sahibkarlıq üzrə təlim, seminar, mübadilə proqramlarının təşkili sahəsində əməkdaşlıq edəcək, KOB-ların rəqabətqabiliyyətini dəstəkləmək və qarşılıqlı olaraq bazarlara çıxışının genişləndirilməsi üçün sənaye parklarında iştirak təşviq olunacaq, innovativ sahibkarlıq və informasiya texnologiyaları transferinin asanlaşdırılması üçün tədbirlər görüləcək, İran və Azərbaycanın kiçik müəssisələrinin iştirakı ilə biznes assosiasiyaların yaradılmasına dəstək üçün qarşılıqlı biznes missiyalar, görüşlər və səfərlər təşkil olunacaq, KOB-ların məhsul və xidmətlərinə, birgə müəssisələrin yaradılması imkanlarına, tədbirlər və sərgilərə dair qarşılıqlı məlumat mübadiləsi aparılacaqdır.

Son xəbərlər

Orphus sistemi