Azərbaycanla İsveçrə arasında iqtisadi əlaqələrin şaxələndirilməsi təklif edilir

Azərbaycanla İsveçrə arasında iqtisadi əlaqələrin şaxələndirilməsi təklif edilir Azərbaycanla İsveçrə arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi, şaxələndirilməsi müzakirə edilib.
Biznes
13 Dekabr , 2022 16:50
Azərbaycanla İsveçrə arasında iqtisadi əlaqələrin şaxələndirilməsi təklif edilir

Azərbaycanla İsveçrə arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi, şaxələndirilməsi müzakirə edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

"Azərbaycan hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın İsveçrədən olan həmsədri Ervin Bollingerlə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsinin, şaxələndirilməsinin və işgüzar dairələr arasında yeni biznes təşəbbüslərinin əhəmiyyəti barədə fikirlərimizi bölüşdük", - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi