“Palmali” şirkətinə məxsus Rusiya-Azərbaycan ekipajlı “Ağdaş” tankeri sonrakı hərəkət üçün vəsaitin olmaması səbəbindən, təxminən, 16 aydır Süveyş limanında qalmaq məcburiyyətindədir.
“Report” xəbər verir ki, bu barədə TASS-a Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (ITF) Novorossiyskdəki müfəttişi Olqa Ananyina məlumat verib.
Daha əvvəl bu barədə məlumat verilməmişdi.
Müfəttiş bildirib ki, tankerin 14 ekipaj üzvünə - 5 Rusiya və 9 Azərbaycan vətəndaşına şirkətin ümumilikdə 412 min ABŞ dolları borcu var.