“Azərlotereya” ötən il 55 milyon manat vergi ödəyib

“Azərlotereya” ötən il 55 milyon manat vergi ödəyib Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru - “Azərlotereya” ASC 2022-ci il üzrə maliyyə hesabatını təqdim edib.
Biznes
7 İyun , 2023 13:21
“Azərlotereya” ötən il 55 milyon manat vergi ödəyib

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru - “Azərlotereya” ASC 2022-ci il üzrə maliyyə hesabatını təqdim edib.

Ötən il “Azərlotereya”nın satışdan gəlirləri ötən ilə nisbətən 487 % artaraq 258,2 milyon manat təşkil edib.

Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda da xeyli artım müşahidə olunub - 642 %.

Bununla yanaşı, şirkətin ümumi mənfəəti 225 % artaraq 20,9 milyon manatdan 67,8 milyon manata yüksəlib, xalis mənfəəti isə 442 faiz artaraq 7,6 milyon manatdan 41,1 milyon manata çatıb.

2022-ci ildə “Azərlotereya” 16,8 milyon manat investisiya edərək uzunmüddətli aktivlərini 6,7 milyon manatdan 23,5 milyon manata, bütün aktivlərini isə 31,9 milyon manatdan 87,7 milyon manata yüksəldib.

“Azərlotereya”nın cəmi kapitalı isə 63 % artaraq, 15,8 milyon manata çatıb.

“Azərlotereya”nın 2022-ci ilə aid hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 54,7 milyon manat təşkil edib. 2021-ci ildə şirkət təkcə 5,1 milyon manat mənfəət vergisi ödəyib.

Hesabatla daha ətraflı “Azərlotereya”nın saytından tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi