Bu ilin yanvar-noyabr aylarında “Azexport” portalına 435,3 milyon ABŞ dolları dəyərində sifariş daxil olub.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayında bildirilir.
Sənədə əsasən, ötən ay isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 36,6 milyon ABŞ dolları təşkil edib. Ay ərzində “Azexport”a ən çox sifariş pambıq yağı, tibbi zəli, tənzif, nar şirəsi, tütün, fındıq ləpəsi, xurma, mühərik yağı, meyvə şirəsi və s mallara daxil olub.
2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 noyabr tarixinə kimi isə (59 ay ərzində) “Azexport”a 145 ölkədən daxil olan sifarişlərinin dəyəri 2,66 milyard ABŞ dolları təşkil edib.