Azexport Aİ-nın “EU4Digital” layihəsində Azərbaycanı təmsil edəcək

Azexport Aİ-nın “EU4Digital” layihəsində Azərbaycanı təmsil edəcək Azexport portalı Avropa İttifaqının (Aİ) “EU4Digital” layihəsi çərçivəsində ölkə ərazisində elektron ticarətin mövcud vəziyyətini əhatə edən onlayn müzakirəsində və sorğularında iştirak edib
Biznes
4 Mart , 2021 12:25
Azexport Aİ-nın “EU4Digital” layihəsində Azərbaycanı təmsil edəcək

Azexport portalı Avropa İttifaqının (Aİ) “EU4Digital” layihəsi çərçivəsində ölkə ərazisində elektron ticarətin mövcud vəziyyətini əhatə edən onlayn müzakirəsində və sorğularında iştirak edib. Portalın beynəlxalq yükdaşıma platformalarına və müxtəlif ödəniş üsullarına inteqrasiya olunması haqqında məlumatlar təqdim olunub.

Bu barədə “Report”a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Aparılan görüş və sorğuların nəticəsi olaraq “Aİ” və “Şərq Tərəfdaşlığı” ölkələri arasında ticarətin tam rəqəmsallaşdırılması məqsədi ilə iki pilot layihənin icrasında Azərbaycanı Azexport.az portalı “digital wholesale center” (rəqəmsal topdansatış mərkəzi) qismində təmsil etməsinə dair razılıq əldə olunub.

Razılığa əsasən Azərbaycan - Gürcüstan və Azərbaycan - Almaniya arasında onlayn platforma vasitəsi ilə sifariş edilən məhsul haqqında məlumatların avtomatik olaraq poçt və gömrük orqanına təqdim olunması nəzərdə tutulub

Layihə çərçivəsində “Avropa İttifaqı” və “Şərq Tərəfdaşlığı” ölkələri arasında rabitə, poçt, rəqəmsal infrastruktur, e-ticarət, e-təhlükəsizlik və digər sahələr üzrə əməkdaşlığın qurulması nəzərdə tutulub. 2019-2022-ci illəri əhatə edən layihənin əsas hədəfləri ixrac prosedurlarının daha da asanlaşdırılması, əməliyyat xərclərinin minimuma endirilməsi və ölkələr arasında e-ticarət dövriyyəsinin artırılmasıdır.

“EU4Digital” tərəfindən ilkin olaraq iki pilot layihə reallaşdırılacaq. Qazanılacaq təcrübə növbəti mərhələdə “Aİ” və “Şərq Tərəfdaşlığı” ölkələri arasında “Vahid Rəqəmsal Bazarın” yaradılmasında istifadə olunacaq.

Son xəbərlər

Orphus sistemi