Bu ilin yanvar-aprel aylarında "Azexport" portalına 164,2 milyon ABŞ dolları, təkcə apreldə isə 33 milyon dollar dəyərində sifariş daxil olub.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.
Sənədə əsasən, ötən ay portala ən çox ixrac sifarişi pambıq, pomidor, kartof, soğan, toyuq əti, quru süd, biyan kökü, pambıq yağı, toyuq yumurtası, çay, mühərrik yağı, şərab, tikinti materialı, qənnadı məhsulu, bal, alma, tekstil, nar şirəsi, zəfəran, noxud, enerji içkisi və s. mallarla bağlı daxil olub.
2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 aprel tarixinə kimi (52 ay ərzində) "Azexport" portalına 145 ölkədən daxil olan sifarişlərin dəyəri isə 2,359 milyard ABŞ dolları təşkil edib.