İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı ixrac üçün növbəti sərbəst satış sertifikatlarını təqdim edib.
"Report" Mərkəzə istinadən xəbər verir ki, sertifikatlar İraqa 5 adda meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün nəzərdə tutulub.
Sənədlər ölkə prezidentinin 12 sentyabr 2017-ci il tarixli fərmanına uyğun olaraq təqdim olunur.
Sertifikatların bundan əvvəl ixracında çətinlik yaşanan Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İndoneziya, Vyetnam, Filippin, Dominikan, Okeaniya və Ərəb ölkələrinə, Cənubi Amerika, Afrika qitəsi, Qərbi Avropa və Cənub – Şərqi Asiya ölkələrinə Azərbaycanda istehsal olunan qida, dərman və orqanizmlə birbaşa təmasda olan məhsulların çıxışını asanlaşdırıb.
Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar