Azexport portalına ötən il daxil olmuş sifarişlərin dəyəri açıqlanıb

Azexport portalına ötən il daxil olmuş sifarişlərin dəyəri açıqlanıb 2020-ci ildə Azexport portalına 610,8 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Biznes
29 Yanvar , 2021 12:51
Azexport portalına ötən il daxil olmuş sifarişlərin dəyəri açıqlanıb

2020-ci ildə Azexport portalına 610,8 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında qeyd edilib.

Məlumata görə, ötən ilin dekabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 57,5 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 dekabr tarixinə kimi (48 ay ərzində) Azexport.az portalına dünyanın 142 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri isə 2 195,6 milyon ABŞ dolları olub.

“İxrac İcmalı”nda göstərilir ki, bu ay “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 8,4 milyon ABŞ dolları təşkil edib. 2020-ci ildə isə “Bir Pəncərə” ilə ixrac edilən mal və məhsulların dəyəri 182,8 milyon ABŞ dolları olub.

Son xəbərlər

Orphus sistemi