İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) 21-25 fevralda BƏƏ-nin Dubay şəhərində keçiriləcək “GullFood 2021” sərgisində nümayiş olunacaq məhsulların təyinatı üzrə təslim edilməsinin Beynəlxalq Yük Daşınması (Məntəqədən məntəqəyə) xidməti üçün təkliflər sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 8-i, saat 18:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Neftçilər prospekti, 32 ünvanına təqdim edə bilərlər. Əlaqələndirici şəxs- Sənan Davudovdur. Telefon: (012) 598-01-47.
Təkliflərə fevralın 9-u, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.