AZPROMO rəsmisi: "Azərbaycan-Vyetnam İşgüzar Şurasının yaradılması planlaşdırılır"

AZPROMO rəsmisi: "Azərbaycan-Vyetnam İşgüzar Şurasının yaradılması planlaşdırılır" ​​​​​​​Hazırda Azərbaycan-Vyetnam İşgüzar Şurasının yaradılması ilə bağlı müzakirələr aparılır.
Biznes
23 İyul , 2024 12:34
AZPROMO rəsmisi: Azərbaycan-Vyetnam İşgüzar Şurasının yaradılması planlaşdırılır
Şəbnəm Allahverdiyeva

Hazırda Azərbaycan-Vyetnam İşgüzar Şurasının yaradılması ilə bağlı müzakirələr aparılır.

"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva Azərbaycan və Vyetnam sahibkarları ilə görüşdə deyib.

O bildirib ki, hər iki ölkədə sahibkarlar arasında sorğular keçirməklə bu istiqamətdə maraq yoxlanılacaq: "Bu əməkdaşlıq qarşılıqlı inkişaf və tərəqqi üçün yeni imkanlar açacaq. İyunun 1-nə olan məlumata görə, Azərbaycanda 5 Vyetnam şirkəti qeydiyyata alınıb”.

O qeyd edib ki, həmçinin investisiyaların təşviqi və qarşılıqlı qorunmasına dair saziş üzrə danışıqlar davam edir.

Son xəbərlər

Orphus sistemi