AZPROMO: Rusiyaya yüksək standartlara cavab verən məhsullar ixrac edilir

AZPROMO: Rusiyaya yüksək standartlara cavab verən məhsullar ixrac edilir "Ötən il Azərbaycan pomidor ixracından 202 milyon ABŞ dolları dəyərində vəsait cəlb edib".
Biznes
28 Yanvar , 2021 13:59
AZPROMO: Rusiyaya yüksək standartlara cavab verən məhsullar ixrac edilir

"Ötən il Azərbaycan pomidor ixracından 202 milyon ABŞ dolları dəyərində vəsait cəlb edib".

Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

O bildirib ki, pomidorun diversifikasiyasını nəzərə alaraq biz ixracatçılarımızı Körfəz və Qazaxıstan bazarına yönəltdik: “2020-ci ilin dekabrından bu günə qədər Qazaxıstana 800 ton pomidor ixrac edilib. Bu isə 2019-ci ilin pomidor ixracının 70 %-ni bir aya həyata keçirməyimiz deməkdir. Rusiyaya getməyən məhsullar başqa bazarlarda öz alıcısını tapdı. Məhsullar dərhal digər bazarlara diversifikasiya edildi və ixracatçılarımız pomidorlarını Belarus, Ukrayna, Polşaya ixrac etdilər”.

Y.Abdullayev vurğulayıb ki, Rusiya bazarı çox böyük bazardır: “Biz bu bazarda artıq formalaşmışıq. Rusiyanın idxalla bağlı məhsullara qoyduğu tələblər Avropanın tələblərindən heç də zəif deyil. Biz sadəcə olaraq ixracatçılarımızı Rusiya bazarlarına yönləndirmişik. Rusiyanın böyük satış şəbəkələrində məhsullarımıza qoyulan tələb Avropa satış şəbəkələrində qoyulan tələblə eynidir. Sadəcə Rusiya logistika nöqteyi nəzərdən bizim ixracatçılarımıza rahatdı. Rusiyaya satılan məhsullar yüksək standartlara cavab verir və yüksək sertifikatlara malikdir. Rusiyaya satılan məhsul sertifikatsız məhsul demək deyil. Rusiya açıq bazardır və biz o bazarda dünyanın aparıcı ölkələrinin məhsulları ilə rəqabət aparırıq".

Xatırladaq ki, Azərbaycanın pomidor ixracında əsas üstünlüyü Rusiya bazarı təşkil edir. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub.

Son xəbərlər

Orphus sistemi