Moskvada İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) müşaviri Zöhrab Qədirov, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev və Rusiyanın "Technonicol" şirkətinin idarəedici tərəfdaşı Sergey Kolesnikov arasında görüş keçirilib.
Bu barədə "Report"a AZPROMO-dan bildirilib.
Görüşdə investisiya və biznes sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Z,Qədirov Azərbaycanda biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, sənaye zonalarının yaradılması və inkişafı, həmçinin qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinə əlavə imkanlar yaradan Ələt Azad İqtisadi Zonası haqqında məlumat verib.