Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Milli Standartın tətbiqi ilə bağlı heç bir cəza tədbiri və məcburi xarakter daşıyan qərar yoxdur.
Bunu "Report"un sualına cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) Baş direktoru İlham Bayramov bildirib.
"Bu standart könüllü xarakter daşıyır və biz onu təşviq edir, lazımi maarifləndirmə işləri aparırıq. Standartın əsas komponentlərindən biri ətraf mühit məsələlərinə yönələn hədəflərdir", - deyə o qeyd edib.