İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Bakı Beton Konstruksiyaları" MMC-nin təsis paylarının satışı üzrə təkrar hərrac keçirəcək.
"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hərrac gələn il yanvarın 7-də, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.
Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, Dövlət Xidmətinin hesabına beh ödəməlidir.