​​​​​​​"Bakı Qida və Yağ Fabriki" nizamnamə kapitalını 23% azaldır

​​​​​​​"Bakı Qida və Yağ Fabriki" nizamnamə kapitalını 23% azaldır "Bakı Qida və Yağ Fabriki" MMC nizamnamə kapitalını 2 559 276 manat və yaxud 23,3% azaldaraq 11 000 000 manatdan 8 440 724 manata endirdiyini elan edib
Biznes
17 Fevral , 2021 11:12
​​​​​​​Bakı Qida və Yağ Fabriki nizamnamə kapitalını 23% azaldır

"Bakı Qida və Yağ Fabriki" MMC nizamnamə kapitalını 2 559 276 manat və yaxud 23,3% azaldaraq 11 000 000 manatdan 8 440 724 manata endirdiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 92A, 2023-cü məhəllə ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Bakı Qida və Yağ Fabriki" 1996-cı ildə yaradılıb. Şirkət "Azərsun Holdinq" MMC-yə daxildir.

Son xəbərlər

Orphus sistemi