İlk xəbər saat 17:36-da verilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Kobe” MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Baki şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 15A, mənzil 26, nizamnamə kapitalı 1 035 010 manat, qanuni təmsilçisi isə Adil Namil oğlu Rzayevdir.
Bundan başqa, "Optimal Aqro" MMC qeydiyyatdan keçib. Bu yeni şirkətin isə hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli meydanı, ev 42C, nizamnamə kapitalı 1 035 010 manat, qanuni təmsilçisi isə Mübariz Əhməd oğlu Nəbiyevdir.