Bakıda Azərbaycan və Qazaxıstan nümayəndələri tikinti sahəsində təcrübə mübadiləsi aparıb

Bakıda Azərbaycan və Qazaxıstan nümayəndələri tikinti sahəsində təcrübə mübadiləsi aparıb Qazaxıstanın “KazNİİSA” Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunun mütəxəssisləri tikinti sənayesində təcrübə mübadiləsi və qiymət sistemi və smeta standartlaşdırmasının işlənib hazırlanmasına yönəlmiş bir sıra ikitərəfli görüşlərdə iştirak etmək üçün Az
Biznes
30 Oktyabr , 2024 21:18
Bakıda Azərbaycan və Qazaxıstan nümayəndələri tikinti sahəsində təcrübə mübadiləsi aparıb

Qazaxıstanın “KazNİİSA” Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunun mütəxəssisləri tikinti sənayesində təcrübə mübadiləsi, qiymət sistemi və smeta standartlaşdırmasının işlənib hazırlanmasına yönəlmiş bir sıra ikitərəfli görüşlərdə iştirak etmək üçün Azərbaycana səfər ediblər.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, nümayəndə heyətini Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbəri Cəbrayıl Xanlarov qəbul edib.

Görüşün rəsmi hissəsi Agentliyin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsində baş tutub və iclası qurumun Elm, tikinti və smeta normativləri şöbəsinin müdir müavini Elbrus Əliyev açaraq proqramın əsas məqsədlərindən danışıb.

Səfər çərçivəsində hər iki ölkədə smeta qiymətqoymasına və normalaşdırmaya sistemli yanaşma mövzusunda konfrans təşkil olunub.

Qazaxıstanlı mütəxəssislər Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin Smeta şöbəsinə baş çəkib, burada rəhbərlik və mütəxəssislərlə layihə sənədlərinin ekspertizasının aparılması mexanizmləri ilə bağlı peşəkar müzakirələr aparılıb.

Nümayəndə heyəti həmçinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunda olub, burada smeta şöbəsinin işi ilə tanış olub, əməkdaşları ilə görüş keçirib. Görüşdə Azərbaycan və Qazaxıstan arasında təcrübə mübadiləsinə və mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verən tikinti layihələrinin smeta sənədlərinin hazırlanması ilə bağlı cari məsələlər müzakirə edilib.

Tərəflər smeta və tikinti normalarının təkmilləşdirilməsinə yönəlmiş birgə təşəbbüslərin və layihələrin hazırlanmasında maraqlı olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi