Bu ilin I yarısında Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % azalaraq 233,9 milyon manat olub.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən məlumat verir.
Məlumata görə, 6 aylıq döviryyəsinin 201,6 milyon manatlıq hissəsi hüquqi şəxslərin payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 28,7% çoxdur.