Bakıda keçirilmiş beynəlxalq konfransda səhiyyə sahəsi üçün innovativ həllər əsas mövzu oldu

Bakıda keçirilmiş beynəlxalq konfransda səhiyyə sahəsi üçün innovativ həllər əsas mövzu oldu "Bakı Konqres Mərkəzi" MMC-də "Philips" və "International Health Group" (IHG) şirkətlərinin təşkil etdiyi konfrans keçirilib.
Biznes
7 İyun , 2023 15:42
Bakıda keçirilmiş beynəlxalq konfransda səhiyyə sahəsi üçün innovativ həllər əsas mövzu oldu

"Bakı Konqres Mərkəzi" MMC-də "Philips" və "International Health Group" (IHG) şirkətlərinin təşkil etdiyi konfrans keçirilib.

Müzakirənin əsas mövzusu Azərbaycanda səhiyyənin inkişafı üçün qabaqcıl təcrübələrin və texnologiyaların tətbiq edilməsi məsələsi olub.

Tədbir şüa və ultrasəs diaqnostika, kardiologiya, reanimatologiya və əlaqəli istiqamətlər üzrə mütəxəssisləri və tibb təşkilatlarının rəhbərlərini bir araya gətirib, onlar üçün təcrübə və praktika mübadiləsi üçün faydalı meydança olub. İştirakçılar nəinki müasir kliniki həllərin ümumi aspektlərini müzakirə ediblər, həm də müxtəlif istiqamətlər üzrə sessiyalarda iştirak edərək yüksək texnoloji avadanlıqları iş zamanı görüblər.

Tədbirdə açılış nitqi ilə Niderlandın Azərbaycandakı səfiri xanım Paulin Eyzema çıxış edib. Konfransın əsas hissəsində Azərbaycan Radioloqlar Cəmiyyətinin aparıcı mütəxəssisləri, Azərbaycan Kardioloqlar Cəmiyyətinin nümayəndələri və “Philips” avadanlıqlarının kliniki tətbiqi üzrə ekspertlər iştirak ediblər.

Konfransda iştirakçılar şirkətin innovasion həlləri ilə tanış edildi, daha sonra isə hər kəsə tibbi yardımın göstərilməsinin: şüa və ultrasəs diaqnostikanın, kardioloji yardımın və rəqəmsal reanimasiyanın imkanlarının genişləndirilməsinin müxtəlif aspektlərinə həsr olunmuş tematik nəzəriyyələrdə və master-klasslarda iştirak etmək imkanı verilib.

Konfrans iştirakçıları həkimlərə hər diaqnoz üzrə daha çox məlumat əldə etmək imkanını verən müasir diaqnostik metodikalarla tanış olublar. Bu işdə onlara, bir neçə sessiyada yer alan, maqnit rezonans tədqiqatların aparılması üçün yeni texnologiyalar və MRT kabinetinin məhsuldarlığını artıran inteqrasiya edilmiş həllər kömək edir. Philips ekspertləri həmçinin diaqnostikanın sürətini və dəqiqliyini artırmaqla ilkin sazlama olmadan rentgen trubkasının bir dövriyyəsi zamanı bir neçə qatı əldə etməyə kömək edən ikiqat spektral detektorlu kompüter tomoqraflar barədə danışıblar.

İştirakçılar tədqiqat sahəsini genişləndirməyə, əlavə araşdırmalar aparmadan diaqnozu mümkün qədər tez qoymağa kömək edən USM üçün müasir alətlərlə tanış olub. Mamalıqda aparılan tədqiqatlar üçün ultrasəs həllərə xüsusi diqqət yetirilib. Tədbirin əsas hissəsindən sonra iştirakçılar kardioloji araşdırmalar üçün innovasiyalarla tanış olduqları praktiki seminarlarda iştirak ediblər. EPIQ CVx premium sistem çərçivəsində keçirilən master klassda isə "Philips" şirkətinin eksperti müasir və intuitiv səviyyədə aydın alətlərin köməyi ilə bir neçə dəqiqə ərzində ürəyin exokardioqrafiyasının necə keçirilə biləcəyini nümayiş etdirib.

Tematik sessiyalardan birinin çərçivəsində "Philips" həmçinin səhiyyə sahəsində işləyən müəssisələrə xərcləri azaltmağa və ürək-damar xəstələliklərdən ölüm hallarının səviyyəsini aşağı salmağa imkan verən kardiologiyada inteqrasiya edilmiş həlləri təqdim edi.b Şirkətin mütəxəssisləri müasir angioqrafiya kompleksinin funksiyalarının xəstənin müalicə nəticələrini necə yaxşılaşdıra biləcəyi barədə danışıblar. Virtual rentgen əməliyyatxanada keçirilən interaktiv tur əsnasında konfrans iştirakçıları yüksək texnoloji həllərin tətbiqinin rahatlığını qiymətləndirmək imkanına malik olublar.

Reanimasiya üzrə həllərə həsr olunmuş sessiyada spikerlər pasiyentlərə terapiya təyin olunarkən və reanimasiya şöbələrində texnologiyalar tətbiq olunarkən rəqəmsal alətlərdən istifadə barədə aktual məlumatları bölüşüblər.

"Philips"in Mərkəzi Asiya, Qafqaz və Monqolustan üzrə bölgə direktoru Artyom Padeyskinin qeyd etdiyi kimi, "Artıq 130 ildən çoxdur ki, "Philips" mütəxəssislərə diaqnozu daha da inamlı və əsaslandırılmış şəkildə qoymağa və gələcək terapiya barədə qərar qəbul etməyə kömək edən, onların işini xeyli asanlaşdıran qabaqcıl texnologiyaları hazırlayır və tətbiq edir. Səhiyyə sahəsində keçirilmiş tədbir Azərbaycanda "Philips" üçün əhəmiyyətli oldu. Məqsədimiz bölgənin həkimləri ilə birlikdə yüksək keyfiyyətli diaqnostikanın əlçatanlığını və bütün pasiyentlər üçün müalicə almaq imkanını artırmaqdır. Biz əminik ki, müasir avadanlıq həkimlərə yüksək nəticələr əldə etməyə, əhaliyə isə vaxtında keyfiyyətli tibbi yardım almağa imkan verəcək".

Son xəbərlər

Orphus sistemi