Bakıda kommersiya obyektlərinin satış və kirayə qiymətləri artıb

Bakıda kommersiya obyektlərinin satış və kirayə qiymətləri artıb Bu ilin avqust ayında Bakının kommersiya obyektləri bazarında satış qiymətlərində iyul ayına nisbətən 0,15 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11,57 % artım olub.
Biznes
13 Sentyabr , 2021 13:02
Bakıda kommersiya obyektlərinin satış və kirayə qiymətləri artıb

Bu ilin avqust ayında Bakının kommersiya obyektləri bazarında satış qiymətlərində iyul ayına nisbətən 0,15 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11,57 % artım olub.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.

“Obyektlərin icarəsi qiymətləri ay ərzində 0,17 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 14,02 % artıb", - deyə ekspert bildirib.

Son xəbərlər

Orphus sistemi