Gələn ay Bakıda Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 14-cü görüşü keçiriləcək.
"Report" xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycan Dövlət Neft Fondudur (ARDNF).
Artıq görüşlə bağlı hazırlıqlara başlanılıb.
SFBF Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 5-6 aprel 2009-cu il tarixində Küveytin paytaxtı Əl-Küveytdə keçirilmiş iclasında yaradılıb və ilk rəsmi yığıncağını həmin il oktyabrın 8-9-da Bakıda keçirib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq, Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.