Bakıda Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu görüşü başlayır

Bakıda Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu görüşü başlayır Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçiriləcək.
Biznes
10 Sentyabr , 2021 09:47
Bakıda Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu görüşü başlayır

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçiriləcək.

"Report" xəbər verir ki, azərbaycanlı nazir Mikayıl Cabbarov bununla bağlı paylaşım edib.

"Türk Şurası regional əlaqələrin inkişafı baxımından perspektivli əməkdaşlıq müstəvisidir. Həmkarlarımla ölkələrimizin dayanıqlı iqtisadi inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyik", - o deyib.

Son xəbərlər

Orphus sistemi