Sentyabrın 16-19-da “Zoom” platforması üzərindən Beynəlxalq Qlobal Rəqabət və İnnovativ İdarəetmə Konfransı keçiriləcək.
“Report”a daxil olan məlumata görə, tədbir İstanbul Universitetinin təşkilatçılığı ilə baş tutacaq.
Konfransa Türkiyə və Şimali Kiprlə ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, ABŞ, Böyük Britaniya, İtaliya, Avstraliya, Yeni Zelandiya, Rusiya, Ukrayna, Rumuniya, Mekedoniya, Hindistan, Banqladeş və digər ölkələrdən nümayəndə heyətlərinin – 300-dən çox iştirakçının qatılması gözlənilir.
Tədbirdə Azərbaycan nümayəndələri üçün “Dövlət və özəl sahibkarlıq subyektlərinin əməkdaşlığı” başlığında panel keçirilməsi nəzərdə tutulub. Panelin moderatoru Azərbaycan Sahibkarlar Milli Konfederasiyasının “Menecment Komissiyası”nın sədri Camid Mövsümov olacaq.