“Binə Aqro” yenidən təşkil olunub

“Binə Aqro” yenidən təşkil olunub Azərbaycanın aparıcı istixana kompleksi – “Binə Aqro” QSC-nin yenidən təşkil olunması prosesi başa çatıb.
Biznes
3 Dekabr , 2020 10:12
“Binə Aqro” yenidən təşkil olunub

Azərbaycanın aparıcı istixana kompleksi – “Binə Aqro” QSC-nin yenidən təşkil olunması prosesi başa çatıb.

“Report” xəbər verir ki, proses çərçivəsində səhmdar cəmiyyətinin nizamnamə kapitalı 2 min manatdan 164 min manata çatdırılıb.

Kapital artımı “Binə Aqro” ilə eyni hüquqi ünvanda fəaliyyət göstərən və eyni şəxsin rəhbərlik etdiyi 2 şirkətin – “Habako Konstrakşn” və “Alfa Aqro” QSC-lərin 1-ciyə qoşulması ilə bağlıdır.

Son nəticədə ləğv olunmuş şirkətlərin müvafiq olaraq 160 min manat və 2 min manat məbləğində nizamnamə kapitalı “Binə Aqro”nun kapitalına əlavə olunub. Hazırda istixana kompleksinin dövriyyədə hər birinin nominal dəyəri 10 manat olan 16 400 ədəd səhmi var.

Son xəbərlər

Orphus sistemi