Bir neçə gündür ki, Azərbaycanda Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatına dəstək məqsədilə Məşğulluq Marafonu keçirilir.
"Report" xatırladır ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında sahibkarlara, biznes ictimaiyyətinə və işəgötürənlərə çağırış da edib.
Artıq bir neçə sahibkar və şirkət ailələrə yardım və işlə təminatlarına dəstək məqsədilə humanist təşəbbüsdə fəal iştiraka qoşulub:
- “Bolmart” supermarket
- “Grandmart” supermarket
- “Admedia” reklam agentliyi
- “Yurd Pharma”MMC
- “NewMedia” reklam agentliyi
- “Unity Company” Azerbaijan
Hazırda 14 şəhid ailəsi, ümumilikdə isə 30-a yaxın qazi və ailəsinə yardım göstərilir, işlə təminatı bərpa edilir. Yardım paketində birdəfəlik ödəmə ilə yanaşı, işinə xitam verilmiş şəhidlərimizin aylıq müavinətləri də ailələrinə ödənilir.
2-ci Qarabağ müharibəsi başlayan gündən etibarən də ön xəttdə döyüşən hərbçilərimizə və ailələrinə xüsusi diqqət və lazımi dəstək göstərilib.