Bu gün Azərbaycan-Rusiya “Aqroekspress” layihəsi çərçivəsində Astaradan növbəti qatar yola düşəcək.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Udmurtiya biznes forumunda deyib.
Onun sözlərinə görə, “Aqroekspress” layihəsi Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin artmasına töhfə verəcək.
Y.Abdullayev həmçinin ölkədə qeyri-neft ixracının artırılmasının vacibliyini vurğulayb.
Xatırladaq ki, bu il fevralın 12-də sürət qatarları ilə yüklərin daşınması üzrə “Aqroekspress” layihəsi çərçivəsində meyvə-tərəvəzdən ibarət ilk yük qatarı yola salınıb.