Bu il may ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,1 % artaraq 685 446 olub.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövləv Vergi Xidməti məlumat yayıb
Bildirilir ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 5 % artıb və 36 414 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 1,4 % artaraq 185 874-ə çatıb.