Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 948 min 815 ton buğda idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 205 milyon 427 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 463 ton (0,04 %), dəyər baxımından isə 41 milyon 916 min ABŞ dolları (16,9 %) azdır.
10 ay ərzində buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,2 %-ni təşkil edib.