Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 7,3 mlrd manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 6 % azalıb.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 6,1 % azalaraq 7 mlrd manata bərabər olub, onun 47,7 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 366,8 manat və ya 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 9,7 manat az vəsait xərcləyib.