Bu ilin yanvar-sentyabr aylarında Türkiyənin Şərqi Anadolu bölgəsindən Azərbaycanın Naxçıvan MR-na 97,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.
“Report” bu barədə “Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, 9 ay ərzində bölgənin şirkətləri ümumilikdə 1 059 milyon dollarlıq sənaye (illik müqayisədə 1,3% çox) və293,8 milyon dollarlıq kənd təsərrüfatı məhsulları (32,9% çox) ixrac edib.
Hesabat dövründə Azərbaycanla yanaşı, İraqa (327,5 milyon dollarlıq), Almaniyaya (85,7 milyon dollarlıq) və İrana (68,5 milyon dollarlıq) məhsul satılıb.