Bu ilin I yarısında Türkiyə podratçıları 33 xarici ölkədə 6,5 milyard ABŞ dolları dəyərində 100 layihə həyata keçirib.
“Report” “Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Podratçılar Birliyi məlumat yayıb.
Məlumata görə, layihələrin ümumi dəyərinə görə, Zambiya (1,3 milyard dollar), Sloveniya (748 milyon dollar), Qazaxıstan (674 milyon dollar), Azərbaycan (543 milyon dollar) və Rusiya (405 milyon dollar) ilki 5-likdə qərarlaşıb.