2021-ci ilin yanvar-fevral ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğa "MKT İstehsalat Kommersiya" MMC liderlik edir.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın mart sayında məlumat verilib.
Hesabata görə, digər yerləri aşağıdakı şirkətlər tutur:
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "P-Aqro" MMC, "Baku Steel Company MMC", "Critical Fruit" MMC, "Almeyvə" MMC, "Metal Trader LTD" MMC, "Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC və “Aqrovest” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.
Daha sonra bu siyahıda “Socar Polymer” MMC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərenerji" ASC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Dəmir Yolları" QSC, “Azəripək” MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC və "Azərbaycan Hava Yolları" QSC təmsil olunurlar.