Qarşıdakı yay mövsümündə ABŞ və Avropada qabaqcadan mənzil kirayələnməsinin görünməmiş artımı gözlənilir.
“Report” “Euronews”-a istinadən xəbər verir ki, “Airbnb” onlayn mənzil kirayəsi platformuna görə, cari ilin birinci rübündə ABŞ-da qabaqcadan mənzil kirayələrinin sayı 52 faiz artıb və hətta pandemiyadan əvvəlki rəqəmləri də üstələyib.
Avropada artım bu dərəcədə olmasa da, şirkət vəziyyətin davamlı yaxşılaşdığını bildirib. Buna baxmayaraq, bu ilin necə başa çatacağı hələlik müəmmalıdır.
Son vaxtlar turistlərin daha çox böyük şəhərlərdən, izdihamdan uzaq mənzil kirayə etməyə üstünlük verdikləri bildirilir.