“Burger King” vaxtı keçmiş məhsul istifadə etdiyinə görə cərimələndi

“Burger King” vaxtı keçmiş məhsul istifadə etdiyinə görə cərimələndi Çin beynəlxalq fast food zənciri “Burger King”in ölkədəki restoranlarının operatoruna “vaxtı keçmiş məhsul istifadə etdiyinə görə” ən az 400 min dollar cərimələyib.
Biznes
26 Avqust , 2020 10:24
“Burger King” vaxtı keçmiş məhsul istifadə etdiyinə görə cərimələndi

Çin hökuməti beynəlxalq fastfood şəbəkəsi “Burger King”in ölkədəki restoranlarının operatorunu 407 min ABŞ min dolları cərimələyib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, Çinin Marketləri Təftiş Bürosu ölkənin cənubundakı Nançang şəhərində 6 "Burger King" restoranında vaxtı keçmiş məhsullardan istifadə edildiyini qeydə alıb. Büronun məmurları əvvəlcə operatorun 133 min ABŞ dolları cərimə ödəməsinə qərar verib. Amma şirkətin qeyri-qanuni yollarla gəlir əldə etdiyi də üzə çıxıb. Buna görə də cərimənin məbləği artırılıb. 

Son xəbərlər

Orphus sistemi