"Caspian Energy Club"un Böyük Britaniya nümayəndəliyinə sədr təyin olunub

"Caspian Energy Club"un Böyük Britaniya nümayəndəliyinə sədr təyin olunub "Caspian Energy Club"un Böyük Britaniyadakı nümayəndəliyinin sədri vəzifəsinə təyinat olub.
Biznes
1 Fevral , 2024 11:40
Caspian Energy Clubun Böyük Britaniya nümayəndəliyinə sədr təyin olunub

"Caspian Energy Club"un Böyük Britaniyadakı nümayəndəliyinin sədri vəzifəsinə təyinat olub.

"Report" xəbər verir ki, bu vəzifə Rəşad Şəkərova həvalə edilib.

Təyinat barədə məlumatı "Caspian Energy Club International"ın İdarəedici direktoru Günel Quliyeva Bakıda keçirilən Beynəlxalq ofislərlə İmzalanma Mərasimində verib. Onun sözlərinə görə, R.Şəkərov Böyük Britaniya ərazisində "Caspian Energy Club"un maraqlarını təmsil edərək, klubun müxtəlif layihələrini idarə edəcək, habelə B2G və B2B forumlar, biznes-turlar, dəyirmi masalar, "CEO Breakfast" və "CEO Lunch" kimi tədbirlər təşkil edəcək.

R.Şəkərov göstərilən yüksək etimada görə "Caspian Energy Club"un Ali Rəhbərliyinə minnətdarlığını bildirib, deyib ki, Azərbaycan və Böyük Britaniya sahibkarları arasında "networking"in genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında səylərini əsirgəməyəcək.

Son xəbərlər

Orphus sistemi