Çin polad idxalını kəskin şəkildə artırıb

Çin polad idxalını kəskin şəkildə artırıb Yanvar-oktyabr aylarında Çində polad idxalı illik müqayisədə 73,9% artaraq 17 milyon tona çatıb.
Biznes
7 Dekabr , 2020 12:45
Çin polad idxalını kəskin şəkildə artırıb

Bu ilin ilk 10 ayında Çində polad idxalında kəskin artım qeydə alınıb.

“Report” “Sinhua”ya istinadən xəbər verir ki, bu barədə Çinin Sənaye və Məlumatlandırma Nazirliyi məlumat verib.

Məlumata görə, yanvar-oktyabr aylarında Çində polad idxalı illik müqayisədə 73,9% artaraq 17 milyon tona çatıb. İlin ilk üç rübü ilə müqayisədə artım tempi 1,7 faiz bəndi artıb. 10 ay ərzində Çin 44,43 milyon ton polad ixrac edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 19,3% azdır.

İlin ilk üç rübünün nəticələrinə görə, bu göstərici 19,6% təşkil edib. Oktyabr ayında ölkəyə polad idxalat 87,6% artaraq 1,93 milyon tona, ixrac isə illik ifadədə 15,5% azalaraq 4,04 milyon tona çatıb.

İlin ilk 10 ayında hökumətin iqtisadiyyatı stimullaşdırmaq üçün qərarlı səyləri fonunda Çinin əsas polad şirkətlərinin gəlirləri illik ifadədə 7,2% artaraq 3,8 trilyon yuana (təxminən 580 milyard ABŞ dolları) çatıb.

Son xəbərlər

Orphus sistemi