Çip sənayesi tarixinin ən böyük satınalma əməliyyatı reallaşıb

Çip sənayesi tarixinin ən böyük satınalma əməliyyatı reallaşıb ABŞ-ın texnologiya şirkəti “Nvidia” Yaponiyanın “Softbank”na məxsus çip istehsalçısı “ARM” 40 milyard dollara satın alır.
Biznes
14 Sentyabr , 2020 15:52
Çip sənayesi tarixinin ən böyük satınalma əməliyyatı reallaşıb

ABŞ-ın texnologiya şirkəti “Nvidia” Yaponiyanın “Softbank”na məxsus çip istehsalçısı ARM-ı 40 milyard ABŞ dollarına satın alır.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, çip sənayesi tarixinin ən böyük alış-verişi nəğd pul və səhm müqabilində həyata keçiriləcək. Belə ki, “Nvidia”nın hazırladığı satınalma paketi 21,5 milyard dollarlıq şirkət səhmlərini, 12 milyard ABŞ dollarlıq nağd pulu, satınalma əməliyyatından sonrakı göstəricilərə əsasən 5 milyard ABŞ dolları şərti ödəmə və ARM işçiləri üçün ayrılan 1,5 milyard ABŞ dolları əhatə edir.

Müqavilənin Avropa İttifaqı, ABŞ, Çin və Böyük Britaniyanın tənzimləyici qurumlarının təsdiqindən sonra 18 ay ərzində tamamlanması gözlənilir.

Son xəbərlər

Orphus sistemi