Deputat: "Azərbaycanda qadın hərəkatı çox güclüdür"

Deputat: "Azərbaycanda qadın hərəkatı çox güclüdür" Azərbaycanda qadın hərəkatı çox güclüdür.
Biznes
17 May , 2023 10:52
Deputat: Azərbaycanda qadın hərəkatı çox güclüdür
Hicran Hüseynova

Azərbaycanda qadın hərəkatı çox güclüdür.

"Report" xəbər verir ki, bunu Milli Məclisin üzvü Hicran Hüseynova Azərbaycan paytaxtında keçirilən "SHE Congress Baku, 2023. Own Your Life" tədbirində bildirib.

"Bu, artıq 6-cı toplantıdır və hər dəfə iştirakçıların sayı artır. Qadınlarımızın səviyyəsi və imkanları da hər konqresdən sonra artır. Biz burada fəal xanımları gördükdə sevinirik. Bu da onu göstərir ki, Azərbaycanda qadın hərəkatı çox güclüdür. Bu gün Azərbaycanda müxtəlif sahələr üzrə qadın assosiyasiyaları getdikcə artır. Kənd yerlərində yaşayan və sahibkarlıqla məşğul olan, eləcə də maliyyə sektorunda çalışan, güclü rəhbər qadınlarımız var", - deyə deputat qeyd edib.

Son xəbərlər

Orphus sistemi