DOST Agentliyi ISO sertifikatı almaq istəyir

DOST Agentliyi ISO sertifikatı almaq istəyir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi ISO beynəlxalq standartları üzrə sertifikatların satın alınması üçün açıq tender elan edib.
Biznes
1 Dekabr , 2020 17:32
DOST Agentliyi ISO sertifikatı almaq istəyir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi ISO beynəlxalq standartları üzrə sertifikatların satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 21-i saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə dekabrın 29-u saat 18:00-a qədər adı çəkilən qurumun Bakı şəhəri, Yasamal Rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 86 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs agentliyin sektor müdiri Rüstəm Rzayevdir. Telefon: (012) 525-50-26 (daxili 9032).

Təkliflərə dekabrın 30-u saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. İş ən geci 6 ay müddətində təhvil verilməlidir.

Son xəbərlər

Orphus sistemi