Dövlət Komitəsi daxilində 1 milyon manatlıq satınalma

Dövlət Komitəsi daxilində 1 milyon manatlıq satınalma Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Komitənin Bakı Dövlət Layihə İnstitutunu tenderdə qalib elan edib
Biznes
26 May , 2021 14:51
Dövlət Komitəsi daxilində 1 milyon manatlıq satınalma

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilkin məlumatların toplanması, istinad planının, strateji ekolojiqiymətləndirmə hesabatının, mühəndis kommunikasiya və nəqliyyat sistemin inkişaf sxeminin hazırlanması, tərcümə xidmətlərinin göstərilməsi, kompleks mühəndis-geodeziya işlərinin görülməsi və bina fasadlarının 1:200 miqyasına uyğun detalları daxil olmaqla mövcud ərazinin rəqəmsal 3D modeli şəklində aparılmış topoqrafik tədqiqat məlumatlarının toplanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Komitənin Bakı Dövlət Layihə İnstitutudur.

Qalibə 1 098,7 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi