Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti əhalinin özünəməşğulluğunun təmin olunması üçün kənd təsərrüfatı mallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Aqri Kon” QSC-dir.
Qalib şirkətə 39 415,2 min manat ödəniləcək.