İlk xəbər saat 09:12-də verilib
Dövlət Miqrasiya Xidməti dövlət atributlarının satın alınması, soyutma və istilik sistemlərinə xidmət göstərilməsi (1), eləcə də abadlıq işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “AS Service” və “Tufan Company” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 13 min manat və 42 min manat, ümumilikdə 55 min manat ödəniləcək.
Xatırladaq ki, "AS Service" 2019-cu ilin fevral ayında, "Tufan Company" isə bu ilin aprel ayında yaradılıb.