Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "V Dizayn" MMC-dir.
Qalib şirkətə 297,65 min manat ödəniləcək.