İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Proqram kassa sisteminin avtomatlaşdırılmış informasiya sistemi" proqram təminatının təkmilləşdirilməsi və ona texniki dəstəyin göstərilməsi (1), eləcə də informasiya texnologiyaları üzrə tələb olunan avadanlıqlara, proqram təminatlarına, onların lisenziyalarına texniki dəstək, quraşdırma, qurulma və sazlanma işlərinin yerinə yetirilməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi Rusiyaya məxsus "Nuqa Development" MMC, eləcə də yerli “Caspel” MMC-dir.
Qalib şirkətlərə müvafiq olaraq 986 min manata və 1,483 milyon manat, ümumilikdə isə 2,469 milyon manat ödəniləcək.