İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib.
"Report"un məlumatına görə, müraciətdə deyilir ki, mart ayı üzrə Əlavə dəyər vergisi, Aksiz vergisi, Yol vergisi və Mədən vergisi bəyannamələri aprelin 20-dən gec olmayaraq təqdim edilməlidir.
Bəyannamələr vaxtında təqdim olunmasa hər bir bəyannamə üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilir.