Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzi 8 ayda 436 minə yaxın zəng qəbul edib

Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzi 8 ayda 436 minə yaxın zəng qəbul edib Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə 435 550 zəng daxil olub.
Biznes
23 Sentyabr , 2021 10:49
Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzi 8 ayda 436 minə yaxın zəng qəbul edib

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə 435 550 zəng daxil olub.

"Report" quruma istinadən xəbər verir ki, bunun 90,9%-i canlı rejimdə cavablandırılıb.

Hesabat dövründə 1 iş günü ərzində təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglərin sayı orta hesabla 1 875, cavablandırılmaya qəbul edilmiş zənglərin sayı isə 1 706 olub.

Çağrı Mərkəzinə daxil olan və birbaşa cavablandırılması mümkün olmayan zənglər üzrə mürəkkəb sual kateqoriyası, elektron xidmətlərdən istifadə zamanı xəta, 3-cü şəxslərin pozuntuları, vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi), təkliflərin qəbulu və s. məsələlərlə bağlı müraciət vərəqələri tərtib edilib.

Bu lin aprel ayından Çağrı Mərkəzinin “Telegram” kanalı istifadəyə verilib və hazırda kanalın 2 890 abunəçisi var. Ötən dövr ərzində “Telegram” kanalı vasitəsilə qanunvericilik, elektron xidmətlərdən istifadə, bəyannamələrin (hesabatların) təqdim olunma vaxtı və digər aktual məsələlər barədə məlumat xarakterli paylaşımlar edilib.

Son xəbərlər

Orphus sistemi