İqtisadiyyat naziri, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 2-5-də Dubay şəhərində səfərdə olacaq.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
BƏƏ-də Hökumətlərarası Komissiyanın 8-ci iclası və Azərbaycan İnvestisiya Forumu keçiriləcək, nümayəndə heyətinin BƏƏ-nin rəsmi və biznes nümayəndələri ilə görüşləri, xarici investisiyaların cəlbi baxımından əhəmiyyətli platforma hesab edilən və ölkəmizin investisiya imkanlarının da nümayiş olunduğu “Dubay Expo 2020” ümumdünya sərgisinə səfəri təşkil ediləcək.