Dünya bazarında 1 funt və yaxud 455 qram pambığın qiyməti son 10 ildə ilk dəfə 1 ABŞ dollarını keçib.
"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, qiymət birdən-birə 8,8% artaraq 1,07 dollara çatıb ki, bu da əmtəə birjalarında satılan digər məhsullar arasında ən yüksək bahalaşma dinamikasıdır.
Qiymət artımına səbəb kimi tədarük zəncirindəki fasilələr, enerji təchizatında problemlər və əmtəə ehtiyatlarının azalması göstərilir. Analitiklər hesab edirlər ki, pambığın bahalaşması tekstil mallarının da dəyərini artıracaq.